Astara rayon sakini, azyaşlı uşaq su quyusuna düşərək boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 3-də Astara rayonu Səncərədil kənd sakini, azyaşlı Ədalət Babayev Rayon Mərkəzi Xəstəxanasının həyətindəki su quyusuna düşərək suda boğulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB