Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 3-də saat 15 radələrində Ağdaş rayonu ərazisində Mingəçevir şəhər sakini Rüstəm Məmmədovun idarə etdiyi "Mercedes" və Zərdab rayon sakini Ziya Abbasovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə R. Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB