Daxili İşlər Nazirliyi (DİN) Bakıda piyada keçidinin uçması ilə bağlı məlumat yayıb.
SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 2-də saat 19 radələrində Səbail rayonu Salyan şosesində Şabran rayon sakini Tofiq Balabəyov idarə etdiyi "MAZ" markalı yükqaldırıcı kranı piyada keçidinə vurub.
Nəticədə keçid aşaraq hərəkətdə olan Bakı şəhər sakini İlkin Hüseynovun idarə etdiyi "Mercedes" markalı yük avtomobilinin üzərinə düşüb. İ. Hüseynov xəstəxanaya yerləşdirilib.
Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB