Polisi vurdu hadisə yerindən qaçdı

Polisi vurdu hadisə yerindən qaçdı

Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb. SİA-nın xəbərinə görə, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, yol qəzası Yusif Məmmədəliyev küçəsi, 169 ünvanının qarşısında qeydə alınıb.

"Qafqaz Lizinq" şirkətinə məxsus "Prado" markalı avtomobil Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Vüsal Rafiq oğlu Şirəliyevin idarə etdiyi "Doblo" markalı xidməti avtomobilə çırpılıb. Qəza nəticəsində "Prado" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Hazırda polis yol qəzası törədən şəxsin tapılması istiqamətində iş aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə