FHN əməliyyat keçirdi

Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir barmaqlıqları kəsərək fərdi yaşayış evinin pəncərəsindən içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 03:46-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə