Yol-nəqliyyat hadisəsində ata və azyaşlı oğlu ölüb

Yol-nəqliyyat hadisəsində ata və azyaşlı oğlu ölüb

Qaradağ rayonunun ərazisində Bakı şəhər sakini Emin Nəcəfovun idarə etdiyi "Audi" markalı avtomobil yoldakı dəmir arakəsməyə çırpılmışdır. Nəticədə E.Nəcəfov və avtomobildə olan sərnişinləri - azyaşlı oğlu Xəyyam hadisə yerində ölmüş, arvadı Xəyaləyə və digər azyaşlı oğlu Elmirə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hadisə ilə bağlı cinayət işi açılmışdır, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə