8500 manatlıq dələduzluq edən tutuldu

8500 manatlıq dələduzluq edən tutuldu

Bakı sakininə qarşı dələduzluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Yaqub Quliyev tutulub.

Məlum olub ki, o, dələduzluq edərək 2014-cü ilin aprel ayında Bakı şəhər sakini Zöhrə Ağayevanın etibarından sui-istifadə edərək 8500 manat dəyərində qızıl-zinət əşyalarını alıb qaytarmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə