Quba rayonunda yağan leysan yağışlar fəsadlar yaradıb. SİA-nın Şimal bürosunun əməkdaşı xəbər verir ki, rayonun Tüləkəran ərazi nümayəndəliyinə yağan intensiv yağışlar əhaliyə ciddi ziyan vurub. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Tülər kəndində sakinlərə məxsus bir neçə heyvanı sel aparıb. Onlarla evin həyət-bacası su altında qalıb.
Həmçinin kənd yolunun üstündəki körpü də üçüb. Möhüc kəndinə gedən körpü də uçmaq təhlükəsi ilə üzləşib.
Hazırda intensiv yağan yağışlar səngiyib. Rayonun müvafiq qurumları dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB