Yaşanan o dəhşətli anlar təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub
Çində şossedə baş verən qəzadan sonra avtomobilin parçalarını yığan sürücü ikinci dəhşəti yaşayıb. Birinci qəzadan sağ-salamat çıxan sürücü arxadan gələn yük maşınının altında qalaraq yaralanıb. Yaşanan o dəhşətli anlar təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub.
Dörd zolaqlı bir şossedə yuk maşınına arxadan dəyən avtomobilin sürücüsü, dağılan parçaları toplamaya başlayır. Bu an arxadan gələn yuk maşını əlində bir neçə parça ilə gedən adama, ardından da avtomobilə dəyir. Qəza zamanı yuk avtomobilinin təkərləri altında qalmaqdan bəxt sayəsində xilas olan adam yaralanıb. Ətrafdakılar yaralını xəstəxanaya çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB