Bakı-Sumqayıt yolunda qəza: 3 yaralı

Sərnişin avtobusu ilə “KamAZ” markalı yük maşını toqquşub
Bakı-Sumqayıt yolunda qəza: 3 yaralı

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya düşüb. Ceyranbatan qəsəbəsi ərazisində sərnişin avtobusu ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə avtobusda olan 3 sərnişin yaralanıb. Bu haqda informasiyanı DYP-nin Saray postunun əməkdaşı verib.

Onun sözlərinə görə, xoşbəxtlikdən qəza zamanı ölən olmayıb. Sərnişin avtobusuna ciddi ziyan dəydiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə