Minik avtomobili yük maşınını ilə toqquşdu: 1 ölü

Hadisə Şabran rayonunda baş verib
Minik avtomobili yük maşınını ilə toqquşdu: 1 ölü

Şabran rayonunda minik avtomobili ilə yük maşını toqquşub. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 132-ci kilometrində baş verib.

Belə ki, vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin və digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Mövlanverdiyev Rafiq Adgözəl oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə