6,1 bal gücündə zəlzələ qonşu Myanmada da hiss edilib
Çinin cənub-qərbində, Myanma ilə sərhəddə güclü zəlzələ baş verib. "CCTV" telekanalının ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü Rixter cədvəli ilə 6,1 bal təşkil edilib. Yeraltı təkanlar Myanmanın Kaçin ştatında da hiss edilib.
Hər iki ölkədə dağıntıların olduğu bildirilsə də, insan itkisi olduğu barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB