ARDNŞ-in çilingəri Xızı rayonunda iş başında aldığı xəsarətdən ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 29-da Xızı rayonu Tıxlı kəndinin ərazisində ARDNŞ-nin Siyəzən Magistral Qaz Kəmərlərinin İstismarı İdarəsində çilingər işləyən Elnur Ağayev qaztənzimləyici qurğunu təmir edərkən təzyiqdən qapaq (klapan) qoparaq başına dəyib.
Nəticədə çilingər hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB