4 yaşlı uşaq köməksiz qaldı

4 yaşlı uşaq köməksiz qaldı

Qubada mənzildə 4 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba şəhərində mənzildə bağlı qapı arxasında 4 azyaşlı köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar.

Nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə