3 avtomobil toqquşdu 5 nəfər xəsarət aldı

3 avtomobil toqquşdu 5 nəfər xəsarət aldı

Bakıda dəhşətli yol qəzası baş verib. SİA_nın xəbərinə görə, Zabrat yolunda baş verən qəzada 5 nəfər xəsarət alıb.Belə ki, "Merdeces" markalı, 10 LJ 821 dövlət nömrə nişanlı, "Opel" markalı, 99 BF 556 dövlət nömrə nişanlı və dövlət nömrə nişanı məlum olmayan daha bir "Mercedes" markalı avtomobilləri toqquşub.

Qəzada xəsarət alanlardan ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bunlar 30 yaşlı Rövşən Rzaquliyev və 32 yaşlı Vaqif Mirəliyevdir. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Digər 3 nəfərin isə başqa xəstəxanalara aparıldığı vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə