Cəlilabad rayonunda kartof sahəsində işləyən 3 nəfəri ildırım vurub. Hadisə bu gün Cəlilabadın Söyüdlü kəndi ərazisində baş verib.
Qəfil çaxan ildırım kartof sahəsində çalışanlardan 3-nü vurub. Nəticədə Cəlilabadın Söyüdlü kənd sakini, 61 yaşlı Abasova Leylaxanım Bahəddin qızı ildırım vurmadan dünyasını dəyişib. Onun oğlu, 23 yaşlı Abasov Mürsəl Əhməd oğlu və Lənkəran rayon sakini Əliyeva Lətafət Allahverdi qızı isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, ötən il mayın 28-də Cəlilabadın Ocaqlı kəndi ərazisində oxşar hadisə baş vermişdi. O zaman ildırım vurmadan bir nəfər ölmüş, 2 nəfər xəsarət almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB