Sumqayıt yolunda 130 ədəd qumbaraatan tapıldı

FHN-nin əməkdaşları döyüş sursatlarını ərazidən götürüb
Sumqayıt yolunda 130 ədəd qumbaraatan tapıldı

Bakıda yol kənarından bu gün saat 16.30 radələrində 130 ədəd qumbaraatan tapılıb. Bu haqda informasiyanı Sumqayıt Şəhər Polis İdarəsi yayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində tapılan döyüş sursatlarını ərazidən götürüb.

Ərazidə yararsız halda olan 130 ədəd qumbaraatan, 16 ədəd PQ qumbaraatan mərmisi, 1 ədəd aviasiya bombası, 1 ədəd 102 mm-lik mərminin korpusu və istifadəyə yararlı olan 1 ədəd 102 mm-lik və 80 mm-lik mərmini zərərsizləşdirmək üçün təhlükəsiz zonaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə