Axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil veril

Axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil veril

Mayın 26-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 70 cinayət faktından 29-nun üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 4 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 25 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə