İsmayıllı şəhər sakini Şahin Salmanov qonşusu Röyal Dəmirovun həyətinə girmiş və orada itlə rastlaşdığından ov tüfəngindən atəş açaraq onu öldürmüşdür. Həmin vaxt səs-küy yarandığından o hadisə yerini tərk edib.
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan Ş.Salmanov saxlanılıb.
Həmin şəxsdə ov tüfəngi aşkar edilərək götürülüb.
Ş.Salmanov izahatında R.Dəmirovu öldürmək niyyətində olmasını da bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB