Mayın 27-də səhər saatlarında 1998-ci il təvəllüdlü Ağayev Zakir Xeybər oğlu Cəlilabad rayonunun Privolnoye kəndinin ərazisindəki su anbarında batıb. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, Zakir Ağayevin axtarışına nazirliyin cənub dalğıc-xilasediciləri cəlb olunublar. Qeyd olunan şəxsin meyiti dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB