Suda batan oğlanın kimliyi müəyyənləşdi

Suda batan oğlanın kimliyi müəyyənləşdi

Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Privolnoye kəndində su anbarında batan 1998-ci il təvəllüdlü Ağayev Zakir Xeybər oğlunun axtarışları başa çatdırılıb.

Qeyd olunan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə