Bakıda Qaqarin körpüsünün üzərində ağır tonajlı yük avtomobili aşıb. SİA-nın xəbərinə görə, hadisə gecə saat 03:00 radələrində baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşı, polis baş serjantı Davud Şərəfxanov SİA-ya açıqlamasındas deyib ki, hadisə sürücünün səhlənkarlığı səbəbindən baş verib: "Nasazlıq səbəbindən körpü üzərində dayanan yük avtomobilinin sürücüsü onu ərazidən çəkmək üçün evakuatora çağırıb. Yük avtomibili evakuatora yüklənən zaman aşıb".
Onun sözlərinə görə, hadisə nəticəsində heç bir xəsarət alan olmayıb.
Qeyd edək ki, artıq yük maşını hadisə yerindən aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB