Avtomobil qaçıranlar tutuldu

Bakıda avtomobil qaçırılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, mayın 25-də Ramana qəsəbəsindəki məcburi köçkün şəhərciyində iki nəfər naməlum şəxs qəsəbə sakini Pəncalı Cəfərovu döyərək ona məxsus "QAZ-24" markalı avtomobili əlindən alaraq aparıblar. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən, həmin şəhərcikdə yaşayan Allahverdi İmanov və qardaşı Murad avtomobillə birlikdə həmin ərazidə tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə