Mayın 22-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 85 cinayət faktından 43-nün üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınmış 2 yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölmüş, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 47 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB