Bakıda baş verən zəncirvari qəzada bir nəfər ölüb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, mayın 22-si saat 01:30 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1994-cü il təvəllüdlü Tamerlan Məmmədov idarə etdiyi "Niva" markalı avtomobili yol kənarında dayanan "Opel" və "Mercedes" markalı avtomobillərə vurub.
Nəticədə, T.Məmmədov və sərnişini, 1992-ci il təvəllüdlü Şamil Xanmirzəyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Ş. Xanmirzəyev orada dünyasını dəyişib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB