Axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib

Axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib

Mayın 21-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 67 cinayət faktından 25-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 33 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə