Yasamal rayonunun ərazisində, M.Həsənov küçəsində naməlum üç şəxs Bakı şəhər sakini Zahid Pənahovu sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələyib 15 manatını və mobil telefonunu alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisəni törətmiş Cəlilabad rayon sakini Ruslan Qasımov, Şərur rayon sakini Qasım Seyidov və Göyçay rayon sakini Elmir İsmayılov Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
R.Qasımovdan, 0,217 qram, Q.Seyidovdan 0,371 qram və E.İsmayılovdan 0,178 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB