Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, 23 yaşlı Xaçmaz rayonu, Armudpadar kənd sakini Famil Məmmədov bu gün gecə saatlarında ağır bədən xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, hazırda əməliyyat olunan xəstənin vəziyyəti ağırdır.
Xaçmaz rayon Polis Şöbəsindən bildirilib ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 25 yaşlı Quba rayonu, Alpan kənd sakini Aygün Bədəlova olduğu müəyyənləşib. Hadisəni törədən xanım polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.
Emin Kərimov, Xaçmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB