"Bakıelektrikşəbəkə" ASC-yə məxsus stansiyanın tikintisində ölüm baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 21-də Binəqədi rayonu ərazisindəki "Bakıelektrikşəbəkə" ASC-yə məxsus stansiyanın tikintisi zamanı ölüm faktı baş verib. Stansiyanın tikintisində fəhlə işləyən Cəlilabad rayon sakini Ülvi Həsənovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB