Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 21-də saat 19 radələrində Göygöl rayonu Yeni Zod kəndinin ərazisində Gəncə şəhər sakini Kamal Adıgözəlov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı darvazaya vuraraq aşırıb. Nəticədə K. Adığözəlovun sərnişini, Gəncə şəhər sakini Sənan Cəfərov hadisə yerində ölüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB