Masallı rayon sakini yıxılaraq aldığı xəsarətdən ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 20-də Masallı rayonu, Mahmudavar kəndinin otlaq sahəsində Separadi kənd sakini Tarverdi Məmmədov idarə etdiyi "MMZ-4502" markalı avtomobilə ot bağlaması yığarkən avtomobilin yük yerində olan kənd sakini Orxan Babayev yıxılıb. Nəticədə O. Babayev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB