Özbəklər yeni doğulmuş uşaqlarını satırlar

Bu gün Volqoqrad şəhərində polis öz yeni doğulmuş uşağını satan 2 Özbəkistan vətəndaşını həbs edib
Özbəklər yeni doğulmuş uşaqlarını satırlar

Rusiyanın Volqoqrad şəhərində polis öz yeni doğulmuş uşağını satan 2 Özbəkistan vətəndaşını həbs edib. Məlumata görə, 29 yaşlı qadın və onun 21 yaşlı əri öz qızını 400 min rubla, yəni təxminən 11 min 500 dollara satan kimi həbs olunublar.

Keçən ay Moskvada yenə Özbəkistandan olan qadın və kişi tutulmuşdu. Onlar 18 aylıq uşaqlarını 1 milyon rubla, yəni təxminən 28 min dollar satırdı.

Fevralda Sankt Peterburqda 2 özbək qadın həbs olundu. Onlar yeni doğulmuş usagı 80 min rubla, yəni təxminən 2300 dollara satırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə