Oğurlanmış avtomobillə yol-nəqliyyat hadisəsi törədilib

Oğurlanmış avtomobillə yol-nəqliyyat hadisəsi törədilib

Xəzər rayonunun Buzovna qəsəbəsində paytaxt sakini Habil Əliyevə məxsus "VAZ-21099" markalı avtomobil oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları avtomobilin Bakı sakini Bəxtiyar Həbibov tərəfindən oğurlanmasını müəyyən ediblər.

Araşdırmalar zamanı oğrunun həmin nəqliyyat vasitəsini qəsəbədə sürərkən Razim İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşması və B.Hüseynovun, R.İbrahimovun və sərnişini Nəsib Yusifovun xəsarət almaları aşkarlanıb.

Həmin şəxslər xəstəxanaya aparılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə