Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzən rayonunda baş verən yol qəzası ilə bağlı məlumat açıqlayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Zarat kəndi, Bakı-Quba yolunun 83-cü kilometrliyində 1991-ci il təvəllüdlü Rasim Əliağa oğlu Məsimova məxsus "Hyundai" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "Foton" markalı traktorun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, R.Məsimovun cəsədi avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla cəsəd avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB