Yol qəzasında 4 yaşlı uşaq dünyasını dəyişdi FOTO

Yol qəzasında 4 yaşlı uşaq dünyasını dəyişdi FOTO

Siyəzən rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba-Rusiya Federasiyası Dövlət sərhədi avtomobil yolunda qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "Renault" markalı mikroavtobus, eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi "Prado" markalı minik maşınını arxadan vurub. Toqquşma nəticəsində bir nəfər 4 nəfər Əminə Məmmədova hadisə yerində dünyasını dəyişib. 11 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisə baş verərkən "Renault" markalı mikroavtobusda 9 nəfər olub.

Qeyd edək ki, onlar sabah Bakıda keçiriləcək "armwrestlinq" yarışında iştirak etmək üçün gələn ukraynalı idmançılardır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə