İstirahət günləri 10 nəfər yol qəzasında öldü

İstirahət günləri 10 nəfər yol qəzasında öldü

Ötən istirahət günləri respublika ərazisində baş vermiş yol qəzaları zamanı 10 nəfər ölüb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya verilən məlumata görə, ötən həftəsonu - şənbə və bazar günləri Azərbaycanın yollarında 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Belə ki, mayın 17-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bazar günü, mayın 18-də isə ölkədə 9 yol qəzası baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə