Bakıda avtomobildən 50 min manata yaxın pul oğurlayan dəstənin biri qadın olmaqla 4 üzvü tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 5-də Binə qəsəbəsi Atçılıq massivində orada yaşayan Məmmədəli Hüseynova məxsus "Hyundai" markalı avtomobildən, şüşəni sındırmaqla, saxlanc yerindən 47 min manat oğurlanıb.
Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Mollayeva, Masallı rayon sakinləri Ariz Ağayev, Tural Qafarov və Rəsul Bayramov tutulublar.
Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB