Dələduz “Nilufər” ələ keçdi

Dələduz “Nilufər” ələ keçdi

Bakı sakininin 110 min dollardan artıq pulunu mənimsəmiş dələduz qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən qadın Bakı şəhər sakini Nurəngiz Hüseynzadənin etibarından sui- istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmayıb.

Nəsimi Rayon Polis İdarəsi (RPİ) 20-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə