Saçında “Heroin” daşıdı

Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Fariz Varis oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş anası Xanbikə Şıxzadə qızı Ağayevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman saçına bağladığı sancağın içərisində xüsusi üsulla gizlədilmiş şəffaf sellofana bükülən, xalis çəkisi 7,694 qram olan narkotik vasitə "Heroin" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə