Unitazdan ilan çıxdı

Ayaqyolunda hər hansı qorxulu hadisənin baş verməsi ağlagələn təxmin deyil. Amma Sinqapurda yaşayan 34 yaşlı Noraslinda Asat həyatının ən qorxulu anlarını ayaqyolunda yaşamalı olub. Evinin birinci mərtəbəsindəki ayaqyoluna daxil olan qadın unitazdan qəribə səslər gəldiyini eşidib.O, unitazın qapağını qaldırıb baxanda orada şübhəli heç nə görməyib. Lakin az sonra oradan piton çıxıb. 2 metr uzunluğu olan ilan qadının üzərinə atılaraq dişlərini onun baldırına keçirib. Qadın şoka düşsə də, ilanın başından yapışıb və onun dişlərini baldırından çıxara bilib.Bundan sonra isə o, qaçaraq çölə çıxıb.

"İlan ərimin qolu yoğunluğunda idi", - deyən qadın xəstəxanaya aparılıb.

Qadın dərin psixoloji şokdadır. O, evindəki ayaqyoluna getməyə qorxur.

Bütün xəbərlər Facebook səhifəmizdə