7 yaşlı uşağın faciəli ölümü

7 yaşlı uşağın faciəli ölümü

Bakıda məktəblini maşın vurub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə mayın 15-i saat 17:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

1988-ci il təvəllüdlü Samir Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 2007-ci il təvəllüdlü Emin Kərimovu vurub. E. Kərimovu aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə