Bakıda dələduzluğa görə axtarışda olan 3 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Arifə Hacıyeva tutulub.
Dələduzluğa görə axtarışda olan daha 2 nəfər isə paytaxtın Nəsimi rayonunda tutulub. Belə ki, Nəsimi RPİ 21-ci və 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Mirpaşa Aslanov və Araz İbrahimli saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB