FHN neft quyusundakı yanğınla bağlı məlumat yaydı

FHN neft quyusundakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda neft quyusunda baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fontan armaturasında neft-qaz fontanı baş verib. Nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kvadratmetr sahədə ətrafa yayılıb.

Quyunun yaxınlığında olan qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunub.

Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə