Bakıda maşın yeni tikilinin özülünə düşüb, sürücü ölüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 12-si saat 04:30 radələrində Xətai rayonu X.Məmmədov küçəsində Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Zaur Nəzərov idarə etdiyi "Mercedes" markalı avtomobilin idarə etməsini itirərək yeni tikilinin özülünə düşüb.
Nəticədə Z.Nəzərov hadisə yerində ölüb, sərnişinləri 1992-ci il təvəllüdlü Vüqar Məhərrəmov və 1987-ci il təvəllüdlü Elman Musayev xəsarətlə 3 saylı xəstəxanaya daxil olub və yardım alaraq evə buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB