Fövqəladə Hallar Nazirliyi Səbail rayonunda baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda hazırda tikintisi başa çatmayan ümumi sahəsi 3000 kv.m olan idman zalının xarici divarlarına vurulan plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb.
İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB