Bakı-Qazax magistralında ağır qəza baş verib

Bakı-Qazax magistralında ağır qəza baş verib

Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

1955-ci il təvəllüdlü İlyas Qurbanovun idarə etdiyi "VAZ 2109" markalı avtomobillə, 1992-ci il təvəllüdlü Altun Hüseynovun idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ 2109" un sürücüsü və maşında olan 5 sərnişin yaralanaraq xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan "VAZ 2109" un sürücüsü İlyas Qurbanovun həyatını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri xilas edə bilməyiblər. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə