4 ay ərzində yol qəzalarında 79 nəfər ölüb, 336-sı xəsarət alıb statistika
"2014-cü ilin əvvəlindən bu günədək Bakı şəhəri ərazisində 312 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş yol qəzaları nəticəsində 79 nəfər ölüb, 336 nəfər xəsarət alıb". SİA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov "ASAN xidmət" mərkəzi və Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının "Avtotəlim-2" layihəsinin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
V. Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 9, ölüm 31 fakt azalsa da, xəsarət alanların sayı 10 fakt artıb: "Biz bununla heç cür razılaşa bilmərik. Çünki əsas məqsədimiz yol-nəqliyyat hadisələrinin sayını və onlardan əziyyət çəkənlərin sayını minimuma endirməkdir".
Bölmə rəisi deyib ki, hadisələrin əksəriyyəti sürət həddinin aşılması, piyadaların təyin olunmamış yerdən keçərkən vurulması, manevr etmənin düzgün yerinə yetirilməməsi, sükan arxasında yatma, avtomobili sərxoş halda idarə etmə nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB