Bakıda dələduzluq etdiyinə görə axtarışda olan iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bəşir İsmayılov tutulub.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə eyni maddə ilə axtarışda olan Aqil Bünyatov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB