Pensiyaçı qadının evinə soxulan oğru həbs olundu

Pensiyaçı qadının evinə soxulan oğru həbs olundu

Aprelin 30-na keçən gecə S.Bağırov küçəsində yaşayan Tahirə Şoşanovanın evindən pəncərəni sındırmaq yolu ilə 100 manat, şəxsiyyət vəsiqəsi və təqaüd kartı oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Pərviz Həsənov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə