Məcburi köçkünlərə məxsus evlər yandı FOTO

Məcburi köçkünlərə məxsus evlər yandı FOTO

Bu gün səhər saat 9:05 radələrində Gəncənin Hacıkənd qəsəbəsində yanğın hadisəsi baş verib. SİA-nın xəbərinə görə, dərhal hadisə yerinə Gəncə DYMİ-nin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq, alov məcburi köçkünlərin yaşadığı evlərə ciddi ziyan vurub. Ev əşyalarını çıxarmağa çalışan sakinlər bir sıra çətinliklərlə qarşılaşıblar. Hətta bu zaman tüstüyə düşüb boğulanlarda olub. Zəhərlənən şəxslərə kömək məqsədi ilə əraziyə təcili tibbi yardım briqadasıda çağırılıb. Təxminən bir saat həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində alov məhdudlaşdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində hər biri 3 otaqdan ibarət fin tipli 3 yaşayış evi yanıb. Ətrafda olan 4 ev isə yanğından mühafizə olunub.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə